Hərbi hissədəki qətliamla bağlı məhkəmə başladı
Avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Daşkəsən rayonunda hərbi hissədə baş vermiş qətliamla bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə
dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı Bakının Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elxan Əzizov və Nəsimi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Sadiq Məmmədov zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyevi qətlə yetiriblər. Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasovu isə yaralayıblar. Daha sonra qətli törətmiş əsgərlər özlərini öldürüblər.
Hərbi hissədə baş vermiş özbaşınalığın əsas səbəbi kimi hərbi qulluqçular - Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazman oğlu məsuliyyətə cəlb olunublar. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (eyni əməllər təkrar törədildikdə), 341-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və .s maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Proses avqustun 27-də təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdiriləcək
Fərid Əkbərov

569