Televizora baxmaq üstündə qardaşını öldürdü
Sabirabad sakini qardaşını qətlə yetirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini Xalid Quliyev məlumat verib.
Onun sözlərinə görə, yanvarın 24-də Sabirabad rayonu Əsədli kənd sakini, 1971-ci il təvəllüdlü Fərzəliyev Sahib Telman oğlu rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Qohumları həkimlərə onun özünə bıçaqla qəsd etdiyini bildiriblər.
Aparılan araşdırmalar zamanı isə müəyyən edilib ki, onu qardaşı, 1986-cı il təvəllüdlü Fərzəliyev Mərifət Telman oğlu televizora baxmaq üstündə yaranmış mübahisə zəminində bıçaqlayıb. Sahib Fərzəliyevin qardaşı tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib və qətldə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Mərifət Fərzəliyev həbs edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

688