Sumqayıtda 80 “nurçu” saxlanılıb
25 yanvar 2010 17:15 (UTC +04:00)

Sumqayıtda 80 “nurçu” saxlanılıb

Azərbaycanın Sumqayıt şəhərində “Nurçuluq” dini cərəyanının qanunsuz təbliği ilə məşğul olan 80 dindar saxlanılıb.


Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından məlumat verilib.


Məlumatda bildirilir ki, Sumqayıt şəhər Polis İdarəsi və digər hüquq-mühafizə orqanları əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyat zamanı şəhər ərazisində qanunsuz dini mərasimlərin təşkil olunduğu məkan aşkarlanıb.


Sumqayıt şəhəri ərazisində, İlqar Paşayev adlı şəxsə məxsus evdə, onun qardaşı, 1977-ci il təvəllüdlü Qadir Paşayevin təşkilatçılığı ilə bir qrup dindarın toplaşaraq qanunsuz dini fəaliyyətlə məşğul olması barədə polisə məlumat verilib. Daxil olan məlumat əsasında sözügedən ünvana əməliyyat qrupu göndərilib. Əməliyyat zamanı İ. Paşayevin evinə 80-dən çox dindarın toplaşdığı və onların “Nurçuluğ”un təbliği ilə məşğul olduğu məlum olub. Həmin şəxslərin hamısı polis tərəfindən saxlanılaraq idarəyə gətirilib.

Dindarların toplaşdığı mənzildən həmçinin 148 ədəd müxtəlif adda qadağan olunmuş dini ədəbiyyat müsadirə edilib. Saxlanılan şəxslərdən bir neçəsi barəsində artıq məhkəmə həbs-qətimkan tədbiri seçib.


Sumqayıt şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. İdarədən keçirilmiş xüsusi əməliyyat barədə əlavə məlumat verilməsə də, həmin şəxslərin qanunsuz dini təbliğatla məşğul olduqları üçün saxlanıldığı deyilib. İdarədən, həmçinin bildirilib ki, saxlanılan şəxslərin başçısı Q. Paşayev və digər şəxslər barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar