Fərhad Əliyevin cinayət işi ilə bağlı axtarışda olan şəxs tutuldu
Axtarışda olan azərbaycanlı Ukraynanın Odessa şəhərində saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet saytına istinadən xəbərinə görə, Rafəddin Əsgərov nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olduğu bildirilib. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
APA-nın əldə etdiyi məlumata görə, R.Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib. Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin məlumatına görə, R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. İttiham aktında göstərilir ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F. Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki tanışları vasitəsilə gömrük nəzarətindən gizli keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.
F.Əliyevin vəkili olmuş İsaxan Aşurov APA-ya açıqlamasında həbs olunmuş R.Əsgərovun məlum cinayət işində adı keçən şəxs olduğunu təsdiqləyib.

732