Namus üstündə bacısını öldürənə ağır cəza
26 avqust 2010 12:59 (UTC +04:00)

Namus üstündə bacısını öldürənə ağır cəza

Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Murad Zeynalova hökm oxunub. Hökmə əsasən, M. Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, bu ilin yanvar ayında Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün 25 yaşlı Murad Zeynalov bacısı, 23 yaşlı İlahə Zeynalovanı bıçaqlayıb. İ.Zeynalova aldığı bıçaq zərbələrindən yerindəcə keçinib. Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M. Zeynalov yaxalanaraq istintaqa təhvil verilib.


İbtidai və məhkəmə istintaqı vaxtı M.Zeynalov qətli namus üstündə törətdiyini bildirib.

Qeyd edək ki, M. Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar