Ordumuzun əsgəri ermənilərin qumbaraatandan açdığı atəş nəticəsində yaralanıb – YENİLƏNİB
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında Ağdam istiqamətində qeydə alınıb.
Ermənilərin AQS tipli qumbaraatan silahdan atdıqları mərmi əsgər Orxan Mirzəyevin yanında partlayıb və o, çoxsaylı qəlpə yarası alıb. Əsgər hərbi hospitala yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Mətbuat xidmətindən əsgərin ermənilərin açdığı atəş nəticəsində yaralandığı bildirilib.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü O. Mirzəyev 2009-cu ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Oxşar yazılar

Bakıda uşaq göldə batdı - YENİLƏNİB
27 avqust 2025 , 10:38
Xocavənd və Ağdərədəki yanğınlar söndürüldü - YENİLƏNİB
27 avqust 2025 , 10:13
Ağcabədidə yanacaqdoldurma məntəqəsi belə yandı - VİDEO
27 avqust 2025 , 10:00
Bakıda maşın motosikletlə toqquşdu: ölən var
27 avqust 2025 , 09:25
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu
27 avqust 2025 , 09:12
Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB
27 avqust 2025 , 08:04
Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54