Toyda dava salan gəncə 4 il həbs cəzası
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə toy mərasimində xuliqanlıq edən Astara rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Hüseynova hökm oxunub. Hökmə əsasən, S. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İbtidai və məhkəmə istintaqı dövründə zamində olan S. Hüseynov məhkəmə zalında həbs olunub.
İttihama görə, 2009-cu ilin dekabrında Astara rayonu Qəcimardə kənd sakinləri, 1982-ci il təvəllüdlü Elxan Məlikməmməd oğlu Quliyev və 1986-cı il təvəllüdlü Zamiq Zahir oğlu Əliyev eyni qəsəbənin sakini, 1989-cu il təvəllüdlü Samir Sədaqət oğlu Hüseynovu toy məclisindən çıxararaq ünvanına təhqiramiz sözlər işlətməklə ona zor tətbiq ediblər. S.Hüseynov isə məclisdən götürdüyü bıçaqla onların hər ikisinə bədən xəsarətləri yetirib. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Samir Hüseynov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Samir Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

1007