“CredAgro”nun işi ilə bağlı daha iki nəfər tutulub
Bu barədə APA-ya "CredAgro" qeyri-bank kredit təşkilatının Zaqatala filialının həbsdə olan sabiq direktoru Şahid Əyyubovun vəkili Natiq Mustafayev məlumat verib. Onun sözlərinə görə, Zaqatala rayon sakinləri Fərman Əyyubov və Nizami Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma və və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirləndirilirlər.
N. Mustafayev, həmçinin filialın sabiq direktoru Şahid Əyyubovun ittiham olunduğu maddəni də açıqlayıb. Onun bildirdiyinə görə, Ş. Əyyubov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur. İttihama görə, Ş. Əyyubov "CredAgro" qeyri-bank kredit təşkilatının Zaqatala filialının direktoru vəzifəsində çalışarkən tabeçiliyində olduğu həmin təşkilatın razılığını almadan bir neçə şəxsin kredit borcu öhdəlikləri başa çatmadan almış olduqları kreditin təminatı kimi qoyulmuş onlara məxsus əmlakları girovluqdan çıxarıb. Nəticədə "CredAgro" qeyri-bank kredit təşkilatına 445 min 609 manat manat məbləğində zərər dəyib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən irəli sürülmüş bu ittihamı əsassız sayan N. Mustafayev Ş. Əyyubovun günahsız olduğunu, əllərində bunu sübut edəcək kifayət qədər faktın olduğunu bildirib.
Hazırda faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var. «CredAgro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.

862