İranda həbsdə olan azərbaycanlı alim: “Mənə edam olunacağımı deyirdilər”
Lent.az-ın məlumatına görə, Rəşid Əliyev İranda həbsdəykən oradakı azərbaycançı qüvvələrin onunla yaxından maraqlandığını deyib. Alim həbsdə olduğu vaxt müstəntiqin ona vəkil tutmağa icazə vermədiyini söyləyib: “Özüm özümü müdafiə edirdim. Lakin Azərbaycanda hüquqlarımı müdafiə edən komitə yaradılmışdı. Zindanda olduğum vaxt qorxmurdum. Çünki mənim zindan təcrübəm var idi. Məni orada Azərbaycana elmi sirləri aparmaqda ittiham edirdilər. Orada siyasi dustaqlar mənə edam olunacağımı deyirdilər. Tez-tez yerimi dəyişirdilər. Çünki hara gedirdimsə, azərbaycançı qüvvələr ətrafıma toplaşırdı”.
R.Əliyev İranda gördüyü elmi işlər barəsində də danışıb. Onun sözlərinə görə, İranda laboratoriya yaradıb: “Mən İranda işləməyə təklif almamışdan qabaq ora Rusiya, Gürcüstan və Ermənistandan mütəxəssislər dəvət olunmuşdu. Laboratoriyada mülki lazer texnologiyasının yaradılması ilə məşğul idim. Bu texnologiyalar kosmik sənayedə də istifadə olunur. Sonradan hərbçilərlə işləmək təklif olundu. İmtina elədim. Çünki xarici dövlətin vətəndaşı idim. Bu mənim üçün problem ola bilərdi. Həm də hərbçilərlə işləmək xeyr gətirmirdi. Çünki onlar 1 manat verib, 100 manat ziyana sala bilərdilər. Mən tutulandan sonra laboratoriyanın işi dayandı. Şirkət çox istədi ki, girov qoyub, məni azad eləsin”.
Həbsdə olanda səhhətində ciddi problemlərin yarandığını söyləyən R.Əliyev əməkdaşlıq etdiyi şirkəti məhkəməyə verəcəyini bildirib. R.Əliyev hansı əsaslarla azadlığa buraxıldığını bilmədiyini söyləyib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq, proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.
Şirkətin rəhbərliyi R.Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu 2008-ci ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.
R.Əliyev avqustun 11-də həbsdən azad edilib.
Fərid Əkbərov

613