Bakı sakininin 100 min manatını mənimsəyən dələduzun məhkəməsi başladı
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Kamil Bağırbəyovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 30-na təyin olunub.
İttihama görə, 2008-ci ilin may ayında Bakı şəhər sakini Kamil Bağırovbəyov paytaxtın Telnov küçəsi, ev 36-da yaşayan Nina Şevçenkonun etimadını qazanaraq ona məxsus evi 100 min ABŞ dollarına sataraq pulunu mənimsəyib. N.Şevçenkonun şikayəti əsasında Kamil Bağırbəyov tutulub.
Qeyd edək ki, K. Bağırbəyov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

638