Xarici İşlər Nazirliyi məhkəməyə verilib
Bu barədə Lent.az-a 1 saylı Bakı Yerli İqtisad Məhkəməsindən məlumat verilib. Məlumatda bildirilib ki, hakim Müseyib Bayramovun icraatında olan iş üzrə ilkin məhkəmə baxış iclası bu gün keçirilib.
“AİKO” İstehsalat Kommersiya Firması Xarici İşlər nazirliyinə qarşı qaldırdığı iddiaya görə, nazirlik firmaya 12480 manat pul ödəməlidir. Belə ki, nazirliklə firma arasında bağlanan müqaviləyə görə, firma nazirliyin ofis texnikasını sazlama və profilaktik işlər aparıb. Həmin xidmətin müqabilində nazirlik 12480 manat pulu ödəməyib. Ona görə də firma nazirliyə qarşı iddia qaldırıb.
Eyni ilə XİN də “AİKO” İKF-yə qarşı iddia qaldırıb. Nazirliyin qaldırdığı iddiada göstərilir ki, XİN adı çəkilən firmaya əvvəllər gördüyü işlərin müqabilində 12480 manat pul ödəyib. Lakin firma görməli olduğu işləri başa çatdırmayıb. Ona görə də XİN də “AİKO” İKF-dən 12480 manat pul tələb edir.
Proses sentyabrın 14-də davam etdiriləcək.
Fərid Əkbərov

826