Prokuror “Qoçu” ləqəbi ilə tanınan şəxsə 11 il həbs istəyib
23 avqust 2010 12:50 (UTC +04:00)

Prokuror “Qoçu” ləqəbi ilə tanınan şəxsə 11 il həbs istəyib

Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Qoca Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilənin vəkili çıxış edib.

Proses avqustun 30-da Qoca Quliyevin son sözü ilə davam etdiriləcək.

Qeyd edək ki, Qoca Quliyev 2009-cu il noyabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onunla birlikdə bir neçə nəfər də həbs edilib. “Qoçu” ləqəbli Qoca Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə əvvəl Gəncədə bir neçə vəzifəli şəxslər də daxil olmaqla vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. Lakin Qoca Quliyev istisna olmaqla digər şəxslər azadlığa buraxılıb. Qoca Quliyevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar