
Biləcəridəki partlayışda ölən qadının kimliyi bilindi - FOTOLENT
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Lent.az-ın nazirliyin rəsmi saytına istinadın verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Müəyyən olunub ki, vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan çörəkbişirmə sexinin qazanxanasında partlayış olub, sex və ona bitişik tikili zədələnib. 1 nəfər – 1978-ci il təvəllüdlü Xalidə Yunis qızı Ələsgərova ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslər xəstəxanaya aparılıb. Yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar yazılar

Lənkəranda qadın qətlə yetirildi-Əri şübhəli sayılır-YENİLƏNİB
24 avqust 2025 , 12:19
“Sədərək” ticarət mərkəzində yanğın başladı-YENİLƏNİB
24 avqust 2025 , 12:15
Lənkərana qonaq gələn qadın faciəvi şəkildə öldü
24 avqust 2025 , 10:52
Zaur Məhərrəmov 87 yaşında vəfat etdi
24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu
23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından yıxılıb öldü
23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı
23 avqust 2025 , 21:35