UEFA Türkiyənin ev sahibliyinə imkan vermədi
0
0
UEFA 2020-ci ildə futbolu üzrə Avropa çempionatının əvvəllər olduğu kimi bir və ya iki dövlətdə deyil, çeşidli ölkələrdə keçirmək haqda qərar qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qurumun baş katibi Canni İnfantino deyib ki, 53 üzv ölkənin 52 –si bu ideyanı dəstəkləyib. Təklifə qarşı yalnız Türkiyə səs verib.
Qeyd edək ki, Türkiyə 2020-ci ildə keçirilməsi nəzərdə tutulan yarışa ev sahibliyi etməyə ən gerçək namizəd idi.
UEFA-nın prezidenti Mişel Platininin sözlərinə görə, yarış üçün seçiləcək şəhərlərin uyğun infrastrukturu olmalıdır.
Ona görə də 2013-cü ilin martında yarışın keçirilməsinə iddiaçı şəhərlərin ərizələrinin qəbuluna başlanılacaq. 2014-cü ilin yazında isə bu prosesi başa çatdırmaq planlaşdırılıb.