Alman prokurordan ermənilərə Ramil Səfərov təpgisi
04 dekabr 2012 16:36 (UTC +04:00)

Alman prokurordan ermənilərə Ramil Səfərov təpgisi

0
Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Forumda iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İstanbul şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Almaniyanın Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumu keçirilib. Foruma dünyanın 26 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb. Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərliyi ilə Baş prokurorun köməkçisi Elşən Albəndov və Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbovdan ibarət nümayəndə heyəti təmsil edib. Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzusunda məruzələr dinlənilərək müzakirələr aparılıb.

Tədbirin 4-cü sessiyasında Ermənistan Respublikası Baş prokurorunun müavini iclasın protokol qaydalarına zidd olaraq azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycan Respublikasına ekstradisiyasının qeyri-legitimliyi barədə siyasi bəyanat verib. Bununla əlaqədar Forum təşkilatçıları adından Saksoniya Torpağının Baş prokuroru Klaus Fleixmann çıxış edərək Ermənistan nümayəndəsinin tədbirin reqlamentini kobud şəkildə pozmaqla mövzuya aid olmayan siyasi məsələyə toxunduğunu və belə bir bəyanatla çıxış edilməsinin qətiyyən yolverilməzliyini xüsusi vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri N.Əsgərov replika hüququndan istifadə edərək Ermənistan tərəfinin qaldırdığı məsələnin tam əsassız olduğunu qeyd edib, Ramil Səfərovun Azərbaycan Respublikasına ekstradisiyasının 1983-cü il tarixli “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının tələblərinə müvafiq həyata keçirildiyini, onun Azərbaycan Prezidenti tərəfindən ölkə Konstitusiyasının 109-cu maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə və beynəlxalq normalara tam uyğun əfv edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2595

Oxşar yazılar