Bu həftə üçün Şərq ulduz falı (3-9 dekabr)
04 dekabr 2012 00:25 (UTC +04:00)

Bu həftə üçün Şərq ulduz falı (3-9 dekabr)

QOÇLARIN ətrafında cərəyan edən hadisələr həddindən artıq ziddiyyətli göründüyü üçün onlar riskə gedib ciddi qərarlar qəbul etməkdən çəkinirlər. Bu günlər fani dünyanı dəyişdirə bilməsəniz də, özünüzün ona münasibətini konstruktiv istiqamətdə dəyişə bilərsiniz. Başlıca məsələ fürsəti əldən verməyib vaxtında düzgün seçim etməkdir.

BUĞALAR ilk növbədə ailə münasibətlərini qaydaya salmalıdırlar. Umu-küsünü unudub, əsassız ittihamlardan imtina etməlisiniz. Tərəf-müqabilinizlə münasibətlərinizin gərginləşdiyi vaxtlar, çox şükür, geridə qalıbdır. Köz bağlamış yaraları yenidən qanatmağa ehtiyac varmı? Qalan məsələlərdə bir o qədər də diqqətəlayiq həftə olmasa da, hər halda maddi durumunuzu müəyyən qədər yaxşılaşdırmaq üçün uğurlu dövrdür.

ƏKİZLƏRƏ əsas hədəfi müəyyənləşdirmək çox çətin olacaqdır. Lakin bunu etməsəniz, qızıldan qiymətli vaxtınızı hədər edəcəksiniz ki, bu da bağışlanmaz israfçılıqdır. Bu həftə öz qınınıza çəkilmək mümkün olmayacaqdır, çünki insanların daim sizə ehtiyacı olacaqdır. Lazımlı adam olmağınız ümumi əhvalınıza müsbət təsir göstərəcəkdir.

XƏRÇƏNGLƏR hər bir problemi diplomatik yolla həll etməyin ustasıdırlar. Bu bacarığınız rəhbərliyin gözündən yayınmayacaqdır. O, layihələrdən ən çətinini məhz sizə həvalə edəcəkdir. Uğurla həyata keçirsəniz, karyera pillələri ilə dovşan sürəti ilə irəliləyəcəksiniz. Ən başlıcası isə maddi durumunuzu düzəldəcəksiniz.
ŞİRLƏR bütün işlərində maksimum nəticə əldə edəcəklər. Özünüzü əlavə öhdəliklərlə yükləməkdən çəkinməyin. Hadisələrin gedişatı siz istəyən məcrada olacaqdır. Bütün işlərin öhdəsindən məharətlə gələcəksiniz. Karyeranız da meteor sürəti ilə inkişaf edəcəkdir. Həftə, xüsusən, yaradıcı peşələrin sahibləri üçün daha uğurlu olacaqdır.

QIZLAR bir çox baxımdan əlverişli həftəyə qədəm qoymuşlar. Sizə faydalı əlaqələr və perspektivli tanışlıqlar qurmaq imkanı veriləcəkdir. Həftə işgüzar fəaliyyətlə bağlı maraqlı sürprizlər hazırlayır. Yaxınlarınız bütün səy və təşəbbüslərinizi dəstəkləyəcəklər. Siz həm işdə, həm də məişətdə at belində olacaqsınız.
TƏRƏZİLƏR son layihə və işlərində hissediləcək nəticələr əldə edəcəklər. Həftə təhsil məsələlərində fəallaşmağı tələb edəcəkdir. Bu günlər bütün təşəbbüsləriniz real cizgilər ala bilər. Yaxınlarınızla mehriban davranın, lazım gələrsə, güzəştə gedin, çünki ən böyük dəstəkçiniz ailəniz və qohumlarınız olacaqdır.
ƏQRƏBLƏR üçün ahəngdar ritmli bir həftədir. Planlarınız tədricən həyata keçəcəkdir. Şükürlər olsun ki, əvvəlki münaqişələri sülhlə yoluna qoyacaqsınız. Dəyərli vaxtınız hədər etməyin, peşəkarlığınızı inkişaf etdirmək üçün səmərəli istifadə edin. İşgüzar görüşləriniz uğurla keçəcək, həyatınız rövnəqləndirəcəkdir. Lakin bu zaman bu günlə deyil, daha çox gələcəklə düşünməlisiniz.
OXATANLARA məqsədə çatmaq üçün bütün imkanlar veriləcəkdir. İnadkarlıq sizə əsla mane olmayacaq, əksinə həyatınıza müsbət dəyişikliklər gətirəcəkdir. Yaxınlarınızın köməyi ilə yaradıcı və peşəkar ambisiyalarınızı təmin edəcəksiniz. Yaxınlarınız zəhmətinizin bəhrələrini yüksək qiymətləndirəcəklər.
OĞLAQLAR inadla qaçmağa çalışdıqları bütün köhnə problemləri bilmərrə həll edəcəklər. Bu həftə siz çox çevik hərəkət edib, səmərəli çalışacaqsınız. Yalnız uğurlu məqamı əldən verməmək qalır. Planınızı uğurla həyata keçirmək üçün heç bir münaqişəyə yol verməməlisiniz. Bütün narazılıqları sakit və təmkinli şəkildə həll etməli, yaxud onların həllini yaxşı günlərə saxlamalısınız.

DOLÇALAR boş məsələlərə görə qanlarını qaraltmamalıdırlar. Yeri gəlmişkən, harada aş, orada baş olmaq arzunuz dəfedilməz maneələrlə qarşılaşacaqdır. Ulduzlar sizə əsas hədəfi seçib, qalanlarını əgər tabeliyinizdə adamlar varsa, onların öhdəsinə, yoxsa, taleyin gərdişinə buraxmağı tövsiyə edir. Maliyyə durumunuz sabitdir. Üstəlik, tezliklə məvacibiniz artırıla bilər.

BALIQLAR yoldan keçənə inanmamalıdırlar. Hətta sınanmış tərəfdaşları da planlarınızdan uzaq tutmağa çalışmalısınız. Bu aralar qulaqlarınıza çatan informasiyaya, aldığınız təkliflərə xüsusi vasvasılıqla yanaşmalı, hər bir detalı yüz ölçüb bir biçməlisiniz. İşləriniz onsuz da uğurla gedir, amma onları yalnız bu halda gözəl finalla başa çatdıra bilərsiniz. Həmkarlarınız da, rəhbərlik də sizi layiqincə dəyərləndirəcəklər. Maddi mükafatlandırma isə ürəyinizə su səpəcəkdir.

AzərTAc
# 1701

Oxşar yazılar