“Qulaqlarını kəsəndən sonra cibindən düşən bir manatı götürdüm”
... Yusif həmin gün sərxoş idi. Evlərində axşam yeməyini yedikdən sonra təmiz havada gəzmək üçün bayıra çıxdı. Bir qədər gəzdikdən sonra saatına baxdı, gecə 11-ə yaxınlaşırdı, dostu Emilgilə getməyə qərar verdi. Dostugilə çataıb, onunla söhbət edəndən sonra Emilin də sərxoş olduğunu gördü. Dostlar başlarının açılması, içkinin təsirinin keçməsi üçün parkda gəzməyə qərar verdilər. Gəzə-gəzə gəlib Bakıxanov qəsəbəsindəki dəmir yolu stansiyasına çatdılar. Onlar vaxtın necə keçdiyini bilməsələr də, saat artıq gecə 3-dən ötmüşdü. Ətrafda onlardan başqa, 3-4 nəfər vardı. Gözləri skamyada oturub pivə içən bir nəfərə sataşdı. Bu, onların adını sonradan öyrənəcəkləri Nəsrəddin idi...
Pul istəsək nəyi var verəcək
... Bir az da gəzəndən sonra artıq ətrafda skamyada pivə içən kişidən başqa heç kim qalmamışdı. Birdən Yusifin ağlına həmin adamı soymaq gəlir. Emilə deyir ki, ətrafda heç kim yoxdur, Nəsrəddindən pul istəsələr, nəyi varsa verəcək. Emil də dərhal onun təklifi ilə razılaşır. Onlar skamyaya yaxınlaşır və biri Nəsrəddinin sağında, digəri solunda oturur. 5-10 dəqiqə belə keçir və onlar qəflətən Nəsrəddindən üstündə olanları verməsini tələb edirlər. Hədələrdən çəkinməyən Nəsrəddin onlara söyür. Bu səbəbdən də Nəsrəddin ilə onların arasında mübahisə yaranır. Yusif və Emil Nəsrəddini döyməyə başlayırlar. Yusif özündə olan tiyəsi təxminən 8-10 sm olan cib bıçağını çıxarıb Nəsrəddinə bir neçə dəfə zərbə vurur. Nəsrəddin yerə yıxılandan sonra o, əlində olan bıçaqla Nəsrəddinin sol qulağını kəsib yerə atır, sonra isə sağ qulağını kəsir. Daha sonra kəsib yerə atdığı Nəsrəddinin sol qulağını Emildən aldığı siqaretin qutusuna qoyur.
Sonra da heç bir şey olmamış kimi, Emillə birlikdə evlərinə qayıdırlar. Cibində olan qulağın kəsik hissəsini isə yolda atır. Nəsrəddini döyən zamanı Nəsrəddinin cibindən 1 manat pul düşür və Yusif həmin pulu da götürür.
Ertəsi gün polis onları yaxalayır və barələrində həbs qərarı verilir.
İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Əliyev Emil Faiq özünü təqsirli bilərək ifadəsində göstərib ki, Yusif ilə təxminən 15-20 dəqiqə söhbət etdikdən gəzməyə gediblər. Bir qədər gəzdikdən sonra parka gəliblər: “Həmin vaxt Nəsrəddinin skamyada tək oturduğunu gördük. Yusif dedi ki, ondan pul istəsək, verəcək. Mən də sərxoş olduğumdan onun dediyi ilə razılaşdım. Sonra gedib onun yanında oturduq və nəyi varsa, çıxarıb bizə verməsini tələb elədik. Nəsrəddin imtina etdikdə isə aramızda mübahisə düşdü. Yusif ilə birlikdə Nəsrəddini döyməyə başladıq. Yusif cibində olan bıçağı çıxarıb bir neçə dəfə Nəsrəddinə zərbə endirdi. Yusif əlində olan bıçaqla onun sol qulağını kəsdi. Kəsdiyi qulağı məndən aldığı siqaretin qutusuna qoyub götürdü, bıçağı isə cibinə qoydu. Nəsrəddini döyən zamanı onun cibindən 1 manat pul düşdü. Yusif də onu götürdü” .
Digər təqsirləndirilən Yusif də Emilin ifadəsinə oxşar ifadə verib. O bildirib ki, həmin gün sərxoş olub: “Həmin gün gəzməyə getmişdik ki, içkinin təsirindən ayılaq. Nəsrəddini tək görəndə isə onu soymaq qərarına gəldik. Biz ondan üstündə olanları istəyəndə söydü. Biz də əsəbiləşib onu vurduq. Sonra üstümdə olan bıçaqla qulaqlarını kəsdim. Həmin vaxt onun cibindən yerə bir manat düşdü. Onu da götürdüm. Bundan başqa onun cibində olan iki yüz manatı da götürdük və çıxıb getdik”.
Bakıya işləməyə gəlmişdim
Zərərçəkən Qəribov Nəsrəddin Seyfəddin oğlu isə ifadəsində göstərib ki, Bakı şəhərinə iş axtarmaq məqsədi ilə gəlib: “Həmin gün saat gecə 12 radələrində Bakıxanov qəsəbəsinə gəlib kafelərin birində əyləşdim. 2-3 bakal pivə içdim. Sonra parka gedib skamyada oturub səhərin açılmasını gözlədim. Bu zaman parka iki cavan oğlan gəldi və parkda olan uşaq karuselləri ilə oynamağa başladılar. Bir qədər sonra gəlib mənim yanımda oturdular. Mən getmək istəyəndə isə qoymadılar. Mənə dedilər ki, cibində nə varsa çıxarıb bizə ver. Mən də dedim ki, pulum yoxdur. Bu zaman məni döyməyə və söyməyə başladılar. Mən də zərbələrə dözməyib yerə yıxıldım. Yerə yıxılan zaman oğlanlardan biri əlində olan bıçaqla sol qulağımı, sonra isə sağ qulağımı kəsdi. Sonra isə ciblərimi axtardılar. Cibimdə olan 200 manat pulu götürüb, getdilər. Səhər açılandan sonra Sabunçu Rayon Polis İdarəsinə gedib başına gələnləri danışdım. Oradan da məni 3 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar” .
İstintaq zamanı Emil və Yusifin digər cinayət əməlləri törətməsi də aşkar olunub. Belə ki, onlar 2011-ci ilin yanvar ayının 5-dən 6-na keçən gecə “VAZ-2107” markalı 90-KF-109 dövlət nömrə nişanlı və VAZ-2106 markalı 90-DO-763 dövlət nömrə nişanlı, 2011-ci ilin yanvar ayının 11-dən 12-nə keçən gecə VAZ-21074 markalı 10-VO-887 dövlət nömrə nişanlı və 2011-ci ilin yanvar ayının 14-dən 15-nə keçən gecə VAZ-2107 markalı 90-EO-881 dövlət nömrə nişanlı avtomaşınlardan özgə əmlakını gizli talayaraq oğurluq ediblər.
Məhkəmənin hökmü
Cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib. Beləliklə, Yusif 14 il, Emil isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Yazı cinayət işinin ittiham aktı əsasında Lent.az üçün hazırlanıb.
Şəhriyar ƏLİZADƏ
[email protected]

2816