Gömrükçülər 60 kq-a yaxın narkotik vasitə tutublar
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günlərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi tədbirlər nəticəsində 60 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
İlk əməliyyat tədbiri Bakı şəhəri ərazisində həyata keçirilib. Əməliyyat İdarəsinə Biləsuvar Gömrük İdarəsinin yerli şöbəsindən İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin yaxın zaman ərzində bir qrup şəxs tərəfindən realizə olunması barədə əməliyyat məlumatı daxil olub.
Yaradılmış əməliyyat qrupu tərəfindən keçirilən tədbir zamanı “şərti alıcı” qismində çıxış edən gömrük əməkdaşı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dairəvi küçəsində yerləşən “daş bazarı dairəsi” adlanan ərazidə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Azərbaycan vətəndaşı Məmmədov Rüfət Mikayıl oğlu ilə görüşüb. Görüş zamanı Rüfət Məmmədovun göstərişinə əsasən onunla əlbir olub cinayət əlaqəsinə girən Qasımov Yaşar Qiyas oğlu və Vəkilov Tofiq Murad oğlu sonuncunun idarə etdiyi “Az Samand” markalı 90 HE 246 dövlət nömrə nişanlı minik avtomobilinin salonunda özləri ilə həmin əraziyə gətirdikləri, üzərində “TSV NEWLINE” sözləri yazılmış göy rəngli idman çantasının içərisində olan narkotik vasitə-həşişə oxşar maddəni “şərti alıcı” qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən əməliyyat qrupu tərəfindən hər üç şəxs saxlanılıb, müvafiq araşdırılma aparılması məqsədi ilə Dövlət Gömrük Komitəsinə dəvət olunub.
Dövlət Gömrük Komitəsinin inzibati binasında Məmmədov Rüfət Mikayıl oğlu, Qasımov Yaşar Qiyas oğlu və Vəkilov Tofiq Murad oğluna məxsus çantanın daxilinə keçirilmiş baxış zamanı dördkünc formalı 46 ədəd polietilen bağlamalarda narkotik vasitə olan həşişə oxşar maddə aşkar olunub.
Saxlanılmış şəxslər törətdikləri qanunsuz əməlləri etiraf edərək onlardan aşkar olunmuş külli miqdarda narkotik vasitə olan həşişi İranın Ərdəbil şəhərində yaşayan Əkbər və Babək adlı şəxslərin qacaq yolla Azərbaycana göndərdiklərini və həmin narkotik vasitələri adını bilmədikləri bir nəfər iranlıdan Beyləqan rayonu Əhmədli kəndinin girəcəyində əldə etdiklərini bildiriblər.
İş üzrə təyin olunmuş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq arayışına əsasən məlum olub ki, tədqiqata təqdim edilmiş 46 ədəd polietilen bağlamalara qablaşdırılmış maddə ümumi xalis çəkisi 46 kq. 55 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır.
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi daha bir əməliyyat nəticəsində Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidən Digah kəndi istiqamətində yolun təqribən 1 kilometrliyində narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakinin Əzizov Amil Nəriman oğlu saxlanılıb. Belə ki, Amil Əzizov “şərti alıcı” qismində çıxış edən gömrük əməkdaşına onda İran İslam Respublikasından qaçaq yolla gətirilmiş 12 kq narkotik vasitə olan həşiş olduğunu deyərək, 1 kiloqramını 2200 manata satmaq istədiyini bildirib. “Sövdələşmə” baş tutduqdan sonra Əzizov Amil Nəriman oğlu 1 ədəd üzərində “Frends Sport” sözləri yazılmış göy rəngli idman çantasını əməliyyat işçisinə təqdim edərkən yaxalanıb.
Əzizov Amil Nəriman oğlu müvafiq araşdırılma aparılması məqsədi ilə Dövlət Gömrük Komitəsinin inzibati binasına gətirilmiş və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı idman çantasının içərisindən qara rəngli polietilenə bükülmüş, 12 ədəd polietilen bağlamalarda narkotik vasitə-həşişə oxşar maddə aşkar olunaraq protokol əsasında götürülüb.
Fakt üzrə saxlanılmış şəxs-Əzizov Amil Nəriman oğlu törətdiyi qanunsuz əməlləri etiraf edib. İş üzrə təyin olunmuş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq arayışına əsasən məlum olub ki, tədqiqata təqdim edilmiş 12 ədəd polietilen bağlamalara qablaşdırılmış ümumi xalis çəkisi 12 kiloqram 200 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır.

Oxşar yazılar

Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ
28 avqust 2025 , 21:31
41 yaşlı kişini tok vurub öldürdü
28 avqust 2025 , 21:24
Polis 31 yaşlı kişini bıçaqlayan şəxsi saxladı
28 avqust 2025 , 21:08
Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı
28 avqust 2025 , 20:58
Ağdaşda tövlədən meyit tapıldı
28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS
28 avqust 2025 , 19:09Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO
28 avqust 2025 , 18:29