Nazirlik yetkilisi rüşvət alarkən yaxalandı
28 noyabr 2012 14:36 (UTC +04:00)

Nazirlik yetkilisi rüşvət alarkən yaxalandı

Azərbaycan Prokurorluğu orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən vəzifəsindən sui-istifadə edən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.


Abşeron rayon sakini Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynovun ondan 500 manat pul tələb etməsi barədə məlumat verib. Həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Yavər Hüseynov noyabrın 26-da saat 16 radələrində Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının yaxınlığında müraciət müəllifindən 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanıb. Yavər Hüseynovun üzərinə baxış keçirilərkən şikayətçinin prokurorluğa müraciəti üzrə əvvəlcədən protokolla rəsmiləşdirilmiş pul əskinazlarının seriya nömrələri ilə eynilik təşkil edən 500 manat pul və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülməklə prosessual qaydada rəsmiləşdirilib.

Bundan başqa, Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti üzrə də təxirəsalınmaz tədbirlər həyata keçirilərək, cinayəti törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2 min manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə Yavər Hüseynov və İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3967

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46