Qəhrəmanlar Unudulmur - Qəhrəman Şahlar Hüseynov
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Şahlar İsa oğlu Hüseynov 1968-ci il noyabrın 26-da Qərbi Azərbaycanın Razdan rayonu Hankavan kəndində anadan olub, 1988-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. O, 1992-ci ildə Xocalı faciəsindən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olub, cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyatçı kimi xidmət edib, erməni dilini bildiyinə görə düşmənin bir çox planlarını pozmaqda müstəsna xidmətləri olub. 1992-ci il aprelin 10-da Ağdərənin Marquşevan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı alıb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

1087