Azərbaycanda 73 yaşlı kişi qanlı cinayət törətdi - TƏFƏRRÜAT
19 noyabr 2012 12:55 (UTC +04:00)

Azərbaycanda 73 yaşlı kişi qanlı cinayət törətdi - TƏFƏRRÜAT

Noyabrın 17-də Oğuz rayonunda qanlı hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Oğuz şəhərinin Axundov küçəsi 27 ünvanından 53 yaşlı Bəsti Almuradova daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını rayonun Padar kəndinin sakini 73 yaşlı Əlövsət Əhmədov bıçaqlayıb.

Məlum olub ki, 73 yaşlı kişi həmin qadının evində kirayə yaşayıb. Həmin gün səhər saatlarında ahıl kirayənişin ilə ev sahibəsi arasında hələlik məlum olmayan səbəbdən münaqişə yaranıb. Nəticədə Ə.Əhmədov bıçağa əl atıb. 73 yaşlı kişi polis tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2443

Oxşar yazılar