Milli Ordunun nümunəvi zabiti niyə öldürüldü? – TƏFƏRRÜAT - YENİLƏNİB
31 oktyabr 2012 14:39 (UTC +04:00)

Milli Ordunun nümunəvi zabiti niyə öldürüldü? – TƏFƏRRÜAT - YENİLƏNİB

Oktyabrın 30-da Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, Şirvan şəhərində 1963-cü il təvəllüdlü Abdullayev Məharət Əbülfəz oğlunun ov tüfəngi ilə güllələyərək qətlə yetirdiyi 32 yaşlı Kakavan Fərid İnqilab oğlu Azərbaycan Ali Hərbi Məktəbində çalışırmış.

Məlumata görə, F.Kakavan ali hərbi təhsilini Türkiyədə alıb, bir sıra ölkələrə müasir hərb elminə yiyələnib. Bundan sonra isə F.Kakavan Ali Hərbi Məktəbdə xidmətə başlayıb. Burada o, kapitan rütbəsinə və bölük komandiri vəzifəsinədək irəli çəkilib.

Hadisə baş verən F.Kakavan həmyerlisi A.Məhərrəmovla görüşüb. A.Məhərrəmov hərbçinin atasının ona borcu olduğunu bildirib. Lakin tərəflər məsələni həll yolunu tapa bilməyiblər və münaqişə yaranıb. A.Məhərrəmov öncədən gətirərək gizlətdiyi ov tüfəngi ilə yaxın məsafədən K.Kakavana atəş açıb. İkinci xəstəxanaya aparılarkən yolda ölüb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, F.Kakavanın atası İnqilab Kakavan Şirvan şəhərində sayılıb-seçilən ziyalılardan olub. O, uzun illər məktəb direktoru işləyib. Hadisə isə İnqilab Kakavanın M.Abdullayevə olan 380 manat borcuna görə baş verib. Belə ki, M.Abdullayev tikinti materiallarının satışı ilə məşğuldur və Salyan yolunun kənarında onun böyük obyekti var. M.Abdullayev oktyabrın 30-da Şirvanın tikinti materialları bazarında F.Kakavanla rastlaşıb və atasının ona borclu olduğunu deyib. Borc söhbəti sonradan münaqişəyə çevrilib və M.Abdullayev hərbçini atəş açaraq öldürüb. Hadisə şahidlərinin bildirdiyinə görə, iş adamı hərbçiyə tapançadan 2 atəş açıb.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


31 Oktyabr 2012 09:56


Oktyabrın 30-da Şirvan şəhərində dəhşətli qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1963-cü il təvəllüdlü Abdullayev Mərhəmət Əbülfəz oğlu həmyerlisi 1980-ci il təvəllüdlü Kavakan Fərid İnqilab oğlunu güllələyərək qətlə yetirib. M.Abdullayev 32 yaşlı F.Kavakanı ov tüfəngində açdığı atəşlə vurub. İkinci hadisə yerində dünyasını dəyişib.

M.Abdullayev tutulub. Fakt üzrə cinayət işi başlanılıb.

Qətlin səbəbləri hələlik açıqlanmır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10994

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15