İranla sərhəddə atışma: narkotik qaçaqmalçısı güllələndi
27 oktyabr 2012 21:57 (UTC +04:00)

İranla sərhəddə atışma: narkotik qaçaqmalçısı güllələndi

Oktyabrın 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Cəlilabad rayonu ərazisində İrandan Azərbaycana silahlı sərhəd pozuculuğu cəhdinin qarşısını alıblar. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində saat 01:30 radələrində silahlı şəxslərdən ibarət qrupun İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunub. Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhədçilərə odlu silahdan atəş açıblar. Sərhəd naryadının cavab atəşi nəticəsində sərhəd pozucularından bir nəfəri yaralanıb, digər sərhəd pozucuları geriyə - İran ərazisinə qaçıblar.

Hadisə yerində saxlanılmış İran İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Əli Qurbanvəndə ilkin tibbi yardım göstərilərək Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, Bakıdan göndərilmiş yüksək ixtisaslı həkimlər tərəfindən üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda sərhəd pozucusunun vəziyyəti kafidir.

Hadisə yerinə baxış zamanı 1 ədəd 5,45 kalibrli AKS-74 markalı 764 nömrəli avtomat silah və 24 ədəd 5,45 milli metrlik güllə gilizləri aşkar olunub. Araşdırma zamanı İran ərazisinə qaçmış sərhəd pozucularından birinin şəxsiyyəti müəyyən olunub. Azərbaycan ərazisinə keçmiş silahlı dəstənin digər üzvlərinin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan və İran sərhəd nümayəndələrinin köməkçiləri səviyyəsində işçi və hadisə yerinə birgə baxış keçirilib, ərazidə aşkar olunmuş dəlillər, silah və istifadə olunmuş sursatlar qarşı tərəfin nəzərinə çatdırılıb. Görüşdə dövlət sərhədində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan, o cümlədən odlu silahdan istifadə etməklə sərhədi pozan şəxslər barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, müvafiq tədbirlərin görülmədiyi bir daha İran İslam Respublikası rəsmisinin diqqətinə çatdırılıb, hadisə iştirakçısı olan digər sərhəd pozucusunun saxlanılması, aparılmış araşdırmaların nəticələri barədə Azərbaycan Respublikası tərəfinin məlumatlandırılması və gələcəkdə belə hadisələrin təkrarlanmaması üzrə təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunub.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Biləsuvar məntəqəsi üzrə sərhəd nümayəndəsi tərəfindən İran İslam Respublikasının Aslanduz məntəqəsi üzrə sərhəd komissarına etiraz məktubu təqdim edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən cinayətkar dəstənin digər üzvlərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3122

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15