İntihardan öncə məlumat ver, 7 700 dollar mükafat al
26 oktyabr 2012 07:15 (UTC +04:00)

İntihardan öncə məlumat ver, 7 700 dollar mükafat al

Çinin Qansu əyalətinin polis rəsmiləri özlərini öldürməyi planlaşdıran tibetlilər haqqında əvvəlcədən məlumat verənə 7 700 dollar mükafat vəd edib.

Tibet fəalları və mühacirətdə olan Tibet hökuməti intiharların Cin hakimiyyətinə qarşı bir etiraz aksiyaları olduğunu deyirlər.

2009-cu ildən bəri Çində 50-dən çox tibetli rejimə etiraz olaraq, özünü yandırıb. Onların əksəriyyətinin həlak olducurı ehtimal edilir.

Qansu regionunda yayılan polis elanında deyilib ki, özünü öldürmə çox ciddi sosial olaydır və sabitsizlik yaradır.

Çin hakimiyyəti Tibetin mühacirətdəki mənəvi lideri Dalai Lamanı bu cür intiharları həvəsləndirməkdə və separatçılıqda ittiham edir.
# 1423

Oxşar yazılar