Azərbaycanda gəmilərin qəza hadisələrinin təhqiqatı qaydaları dəyişdi
24 oktyabr 2012 12:34 (UTC +04:00)

Azərbaycanda gəmilərin qəza hadisələrinin təhqiqatı qaydaları dəyişdi

Nazirlər Kabineti “Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında” 2000-ci il 8 may tarixli 83 nömrəli qərarında dəyişikliklər edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı və qeydə alınması qaydalarında dəyişikliyi nəzərdə tutur.
Bundan sonra gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı və qeydə alınması zamanı Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlandırılması haqqında Əsasnamə və gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə tələb olunmayacaq.
Bu hallarda beynəlxalq dəniz ticarət limanının kapitanı haqqında Əsasnamə isə təsdiq ediləcək.
# 582

Oxşar yazılar