“Birlik-İnşaat”ın vəzifəli şəxslərinin işi məhkəmədə
24 oktyabr 2012 11:35 (UTC +04:00)

“Birlik-İnşaat”ın vəzifəli şəxslərinin işi məhkəmədə

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı mübarizə idarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq, əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıb. Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Elman Tağıyev 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb. İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.

İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş Elman Tağıyev və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
# 1651

Oxşar yazılar

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30
Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI -FOTO

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI-FOTO

17 may 2024 , 01:20
Bakıda AĞIR QƏZA:  Üç maşın toqquşdu -FOTO

Bakıda AĞIR QƏZA: Üç maşın toqquşdu -FOTO

17 may 2024 , 01:09
Bakıda gənc oğlan BIÇAQLANDI

Bakıda gənc oğlan BIÇAQLANDI

16 may 2024 , 22:06
Siyəzəndə  İNTİHAR:   Kişi özünü görün harada asdı

Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı

16 may 2024 , 20:00
 SON DƏQİQƏ:   Bakıda 15 yaşlı qız özünü binadan atdı

SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı

16 may 2024 , 19:32
Axtarışda olan   qadın saxlanıldı

Axtarışda olan qadın saxlanıldı

16 may 2024 , 18:11