Elçibəyin qəbrinin eksqumasiyası barədə rəsmi xəbər
23 oktyabr 2012 19:17 (UTC +04:00)

Elçibəyin qəbrinin eksqumasiyası barədə rəsmi xəbər

Baş Prokurorluq Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin qəbrinin eksqumasiya olunacağı ilə bağlı məlumatlara münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, meyitin qəbirdən çıxarılması zərurəti yaranarsa, həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər: “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 237-ci maddəsinə əsasən, meyitin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

Ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələri meyitin qəbirdən çıxarılması istintaq hərəkətində iştirak edə bilərlər. Cinayət-Prosessual qanunvericiliyində ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələrindən meyitin eksqumasiyası ilə bağlı razılıq alınmasına dair hər hansı bir müddəa nəzərdə tutulmayıb”.
# 4760

Oxşar yazılar