Dünya bu gün
24 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

24 oktyabr. İlin sonuna 69 gün qalır.

1857. Kembric Universiteti tələbələri dünyada ilk futbol klubunu qurub

1882. Şair Hüseyn Cavid anadan olub

1904. Nyu-York metrosu açılıb

1912. Birinci Balkan müharibəsi sona çatıb

1935. İtaliya Efiopiyanı işğal edib

1945. BMT Əsasnaməsi açıqlanıb. 1949-cu ilin bu günündə isə BMT-nin indiki binasının təməli qoyulub

1956. SSRİ Macarıstana qoşun yeridib

1960. Baykonur kosmodromunda (keçmiş SSRİ – hazırda Qazaxıstan ərazisindədir) partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak olub. İlk insanın kosmosa uçması təqribən 1 il gecikib

1966. İş adamı Roman Abramoviç anadan olub

1970. Salvador Alyende Çili prezidenti seçilib

1975. Erməni terrorçular Türkiyənin Fransadakı səfiri İsmayıl Erezi qətlə yetirib

1992. ABŞ Konqresi “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişi qəbul edib

2003. Səsdənsürətli sərnişin təyyarəsi “Concorde” son dəfə London – Nyu-York uçuşunu həyata keçirib

2008. Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib

2011. İranın Qum şəhərində Azərbaycan dövləti əleyhinə beynəlxalq konfrans keçirilib.

Günün aforizmi:

“Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.”

Hüseyn Cavid
# 733

Oxşar yazılar