Dünya bu gün
20 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1905. “Galatasaray” futbol klubu təsis edilib

1911. Amundsenin ekspedisiyası Şimal Qütbünə yola düşüb

1913. Şair Əhməd Cəmil anadan olub

1921. Fransız qoşunu Anadoludan çəkilib. Fransa və Türkiyə arasında Ankara sazişi imzalanıb

1922. Görkəmli müğənni Şövkət Ələkbərova anadan olub

1922. Azərbaycan SSR Mərkəzi İcraiyyə komitəsi latın əlifbasının əski əlifba ilə eyni hüquqa malik olması barədə dekret verib

1923. Azərbaycan SSR Mərkəzi İcraiyyə komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanımaq barədə dekret verib

1940. Keçmiş baş nazir, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov anadan olub

1945. Fransada qadınlar seçki hüququ əldə edib

1960. Aktyor Əzizağa Əzizov anadan olub

1980. Yunanıstan yenidən NATO-ya daxil olub

1982. Türkiyədə prezident Kənan Evrenin konstitusiya ilə bağlı çıxışlarını tənqid etmək qadağan edilib

1997. “Microsoft” şirkəti anti-inhisar qanununu pozduğu üçün cərimələnib

2005. Əli İnsanov səhiyyə naziri vəzifəsindən azad edilib, Oqtay Şirəliyev onu əvəz edib

2008. Ergenekon məsələsi çərçivəsində ilk məhkəmə prosesi Silivridə keçirilib

2009. FİFA Türkiyə-Ermənistan matçına Azərbaycan bayrağı gətirilməsini Türkiyə hökumətinin tövsiyəsi əsasında qadağan etdiyini açıqlayıb

2009. Xaçmazda Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb

2011. Liviya lideri Müəmmər Qəddafi Sirt şəhərində qətlə yetirilib

2011. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib.

Günün aforizmi

“Milli suverenlik hüququ xalqa məxsus olub, onun nümayəndələri vasitəsi ilə və referendum yolu ilə ifadə edilə bilər”.

Fransa Konstitusiyası, maddə 3.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar