Ali qonağın şərəfinə ziyafət
Oktyabrın 18-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ziyafətdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Cənab Sədr!
Birinci xanım!
Hörmətli qonaqlar!
Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Çox şadam ki, Siz ölkəmizdə səfərdəsiniz. Sizin bu gün və sabah çox gərgin səfər proqramınız vardır. Əminəm ki, ölkəmizlə daha da yaxından tanışlıq, insanlarla ünsiyyət Azərbaycan haqqında Sizdə maraqlı təəssürat yaradacaqdır.
Bu gün görüşümüz zamanı da qeyd etdiyim kimi, biz ölkələrimiz arasında daha sıx və səmimi əlaqələri yenidən qurmalıyıq. Sarayevo və Bakı arasında qardaşlaşmış şəhərlər razılaşmasından 40 il sonra Bosniya və Herseqovinanın Sədri münasibətlərimizin tarixində ölkəmizə ilk dəfə rəsmi səfər edib. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı uğurla davam etdiriləcəkdir.
Amma bu səfər hər zaman tarixdə yüksək səviyyəli nümayəndə heyətinin ilk rəsmi səfəri kimi qalacaqdır.
Bu gün apardığımız müzakirələr və imzaladığımız sənədlər ikitərəfli münasibətlərin inkişafına çox yaxşı zəmin yaradır. Əminəm ki, hökumətlərimiz arasında daha çox razılaşmalara nail olmaq üçün bundan sonra da qanunvericilik formatı ilə bağlı fəal iş aparmalıyıq. Bu, bizim əməkdaşlığımız üçün vacibdir. Lakin eyni zamanda, bizim bütün səviyyələrdə daha çox təmaslara ehtiyacımız vardır: siyasi, işgüzar, ictimai və mədəniyyət xadimləri səviyyəsində. Biz tammiqyaslı əməkdaşlığa nail ola bilərik. Biz indiyə qədər siyasi əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və eləcə də iqtisadi əməkdaşlığın yaxşı perspektivləri üçün çox möhkəm zəmin yaratmışıq. Lakin əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Bir daha qeyd edirəm ki, bu gün tarixi bir gündür. Mən Sizinlə görüşməyimə çox şadam. Əminəm ki, ölkəmizə səfərinizi unutmayacaqsınız. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.
X X X
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İZETBEQOVİÇ çıxış edərək dedi:
-Təşəkkür edirəm, cənab Prezident! Olduqca səmimi qəbula görə minnətdaram. Mən deməliyəm ki, şəhərinizin gözəlliyi bizi heyran edib. Şəhərinizin təmizliyi və gözəlliyi bizə son dərəcə xoş təəssürat bağışlayır. Sözün əsl mənasında, çox abad və gözəl şəhərdir. Bu, sizin necə xalq olduğunuz haqqında çox şey deyir. Sizin də qeyd etdiyiniz kimi, bizim oxşar cəhətlərimiz, bənzər tariximiz vardır. Ölkələrimiz və xalqlarımızın üzləşdikləri reallıqlar, 1990-cı, 1992-ci, 2003-cü illərdə baş verənlər və bir sıra ağrılı hadisələr bizi birləşdirir. Bu gün də qeyd etdiyim kimi, biz həmişə Sizin yanınızda olacağıq.
İyirmi il əvvəl burada baş verdiyi kimi, sərhədlərin zorakılıqla dəyişdirilməsi qeyri-mümkün və qəbuledilməzdir. Beləliklə, biz ölkəmizin ərazi bütövlüyü naminə mübarizəmizi sülh yolu ilə davam etdirəcəyik. Düşünürəm ki, gələcəyimiz daha parlaq və daha yaxşı olacaqdır. Atalarımız həmin ağrılı-acılı, eyni zamanda, şərəfli dövrdə ölkələrimizi idarə ediblər, ölkələrimizin suverenliyinin bünövrəsini qoyublar. Deyə bilərəm ki, artıq biz tariximizin kəşməkəşli dövrünü yaşayıb, hazırda davamlı inkişaf yolundayıq. Biz daha parlaq gələcək qurmaq əzmindəyik.
Mən Sizə ən xoş arzularımı çatdırıram. Siz bizim dəstəyimizə etibar edə bilərsiniz. Mən Sizin Bosniya və Herseqovinaya səfər etməyinizi və ölkələrimizin birlikdə sərmayələr qoymasını gözləyirəm. Təşəkkür edirəm.

1765