69 yaşlı qadını boğub öldürən tutulub
18 oktyabr 2012 22:39 (UTC +04:00)

69 yaşlı qadını boğub öldürən tutulub

Bakıda 69 yaşlı qadını boğaraq qətlə yetirən şəxs həbs edilib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Məhərrəmov Sabir Əhməd oğlu tutularaq istintaqa təhvil verilib. Polisdən həmçinin bildirilib ki, hadisəni törədən mərhumla qeyri-rəsmi nikah münasibətlərində olub.

Qeyd edək ki, məlum hadisə bu gün səhər rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1943-cü il təvəllüdlü Kərimova Vera İvanovnanın boğularaq qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1496

Oxşar yazılar