Rəsmi mövqe: “245 saylı məktəbdə şagirdlərin vəziyyəti qorxudan pisləşib”
17 oktyabr 2012 16:09 (UTC +04:00)

Rəsmi mövqe: “245 saylı məktəbdə şagirdlərin vəziyyəti qorxudan pisləşib”

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, mantu sınağından sonra şagirdlərdə allergik reaksiya baş verməyib. Onun sözlərinə görə, şagirdlərdə qorxudan bayılma halı olub: “Allergik reaksiyanın əlamətləri başda cürdür. Bu zaman insanda qaşınma, təngnəfəslik, dəridə səpgilər, beyin-qan dövranında kəskin dəyişikliklər gedir. Şagirdlərdə belə əlamətlər olmayıb. Sadəcə iynədən qorxublar və bayılma halı müşahidə edilib”.

R. Nağıyev bildirib ki, xəstəxanaya yerləşdirilən şagirdlərin də vəziyyətləri yaxşılaşıb və onlar evə buraxılıblar.

Xatırladaq ki, bu gün Bakının Xətai rayonu ərazisində yerləşən 245 saylı məktəbdə şagirdlər arasında mantu sınağı aparılandan sonra bəzi şagirdlərdə allergik reaksiya baş verdiyi barədə məlumat yayılıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, 9-10-cu sinif şagirdlərindən 7 nəfərə yerində yardım edilib, 4 nəfər isə 6 saylı Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

Z. Vahidova bildirib ki, mantu sınağı Xətai rayonundakı 4 saylı uşaq poliklinikası tərəfindən aparılıb.
# 3216

Oxşar yazılar

Bakıda kişi binadan özünü atmaq istədi  - VİDEO

Bakıda kişi binadan özünü atmaq istədi - VİDEO

11 may 2024 , 23:59
Goranboyda minik və yük maşınları toqquşub, ölən var

Goranboyda minik və yük maşınları toqquşub, ölən var

11 may 2024 , 23:16
Milyonçu qadın  özünü öldürdü:   Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

11 may 2024 , 21:49
Lənkəranda yenidən  zəlzələ   oldu

Lənkəranda yenidən zəlzələ oldu

11 may 2024 , 20:31
Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56