Bakıda qısqanc qardaş bacısını qanına qəltan etdi
17 oktyabr 2012 12:45 (UTC +04:00)

Bakıda qısqanc qardaş bacısını qanına qəltan etdi

Oktyabrın 17-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi 52 ünvanından 1977-ci il təvəllüdlü Maşanova Saxela Fikrət qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

İlkin araşdırmalardan sonra məlum olub ki, 35 yaşlı qadını qardaşı, 1976-cı il təvəllüdlü Maşanov Zöhrab Fikrət oğlu bıçaqlayıb. O, hadisə yerindən qaça da, sonradan polis tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Nizam RZA
# 2086

Oxşar yazılar