Azərbaycanlı “həkimin” Moskva macəraları
17 oktyabr 2012 11:59 (UTC +04:00)

Azərbaycanlı “həkimin” Moskva macəraları

Moskvada Elçin Məmmədov adlı cərrah barədə federal axtarış elan edilib. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Məmmədov bir şəxsin ölümündə, bir neçə nəfərin isə şikəst edilməsində şübhəli bilinir.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Elçin Məmmədov guya 1996-cı ildə Azərbaycan Tibb Universitetini bitirib və həkim-pediatr ixtisasına yiyələnib.
Amma istintaqın qənaətinə görə, Moskvada çalışmağa başlayarkən Məmmədov diplomun ksero-surətinin notariusda təsdiq olunmuş formasını işləyəcəyi yerə təqdim edib. İstintaq diplomun həqiqiliyinə şübhə edir.

Bundan əlavə məlum olub ki, Məmmədovun Moskva şəhəri, Semaşko adına 2 saylı klinikada işə düzəlmək üçün aldığı sertifikat da saxta imiş. İstintaq müəyyən edib ki, Elçin Vəli oğlu Məmmədov işləmək izni almaq üçün “Roszdravnadzor”a müraciət etməyibmiş. Rusiya Federasiyası ərazisində tibb ixtisası olan əcnəbi vətəndaşla işləmək izni verən bu qurumun rəisi İ. Seryoqinanın istintaqa təqdim etdiyi arayışda da göstərilir ki, bu adda və soyadda şəxs işləmək üçün onlara müraciət etməyib, ümumiyyətlə belə bir adam tanımırlar.

Amma həmyerlimiz özünü cərrah, plastik əməliyyatlar həyata keçirən cərrah kimi təqdim edərək əməliyyatlara girməyə belə ürək edib. Maraqlıdır ki, Məmmədov bundan əvvəl özünü reklam etmək qərarına gəlib. İstintaq müəyyən edib ki, Məmmədov mütəmadi olaraq Rusiyanın tanınmış “Muz-Tv” telekanalında Yelena Malışevanın “Dəhşətli dərəcədə gözəldir” müəllif proqramına dəvət almağa başlayıb. Bir müddət reklamdan sonra populyarlıq qazanıb. Məmmədov əvvəlcə cərrah assistenti kimi fəaliyyətə başlayıb, amma çalışdığı klinikaya üz tutan gözəllik xəstələri ilə danışıqları cərrah yox, o aparırmış. Hətta uğurlu keçən əməliyyatlardan sonra pasiyentləri ilə birgə adıgedən telekanala çıxaraq reklamını davam etdirirmiş.

İstintaq Komitəsinin məlumatına görə, Məmmədov müstəqil şəkildə ilk dəfə Anna Spitsinan adlı qadını əməliyyat edib. Əməliyyatdan sonra zavallı qadın komaya düşüb. Heç bir müqaviləsi, düz-əməlli təhsili olmayan Məmmədov hadisəni araşdıran müstəntiqlərlə söhbət zamanı Spitsinaya narkoz verən anestezioloq Andrey Yesakovu günahlandırır.

Amma Məmmədovun növbəti xəstələrinin də bəxti gətirmir. 44 yaşlı Marqaritia Aleseyeva onun bıçağı altında keçinir. 42 yaşlı Svetlana İvanovanın isə sinir toxumalarını zədələyir. Nəticədə Svetlananın ayaqları tutulur, ömürlük şikəst qalır.

Valentina Qonçarova adlı pasiyentin isə qaş altını və göz tuluğunu çəkmək üçün əməliyyat edir. Qonçarova eybəcər görkəmə düşür. Maraqlıdır ki, Məmmədovun zərər çəkən pasiyentləri bu və ya digər məbləğdə pula görə, ondan şikayətçi olmurlar.

Amma bütün bunların sonu olmalıydı. İstintaq Komitəsinin məlumatına görə, onlara bir qadın (onun adı çəkilmir) müraciət edir. Məlum olur ki, bu qadın sinəsini böyütmək üçün Məmmədov tərəfindən əməliyyat edilib. Döşlərini böyütmək istəyən qadın əməliyyatdan salamat çıxır. Və günlərin bir günü məlum olur ki, əməliyyat olunan hissə daha da şişir, irin verir. Başqa bir həkimə müraciət edən həmin qadın şoka düşür: Məmmədov onun döşlərini böyütmək üçün adi salfet kağızından istifadə edirmiş. Qadının bu bədən üzvünü salfet kağızlarının köməyi ilə böyüdürmüş.

Məmmədov federal axtarışa veriləndən sonra onun yaşadığı mənzildə axtarış aparılır. Mənzildə xeyli saxta sənəd, ATU-dan aldığı diplomun, müxtəlif müqavilələrin, blankların sürəti aşkarlanır. Həmin müqavilə və sənədlərin çap olunduğu mətbəələr isə qətiyyətlə bütün bunların onların məhsulu olmadığını bildirirlər.

Rusiya hüquq-mühafizə orqanları indi Elçin Məmmədovu axtarırlar. Onun harada olduğu isə bilinmir.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7408

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45