Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralananlar var
12 oktyabr 2012 13:26 (UTC +04:00)

Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralananlar var

Bakı-Qazax yolunun 213-cü kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, bu gün saat 12.00 radələrində yolun Ucar rayonunun Nüsüslü kəndi ərazisindən keçən hissəsində betonla dolu olan 90 KA 148 dövlət nömrə nişanlı “MAZ” markalı yük maşını, mişar daşı ilə yüklü olan 02 BX 165 dövlət nömrə nişanlı “MAZ” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobil aşıb, sürücülərdən biri dünyasını dəyişib, digər sürücü və avtomobildə olan daha bir nəfər yaralanıb. Maşınlarda olan yüklər dağılaraq yolu bağlayıb. Bakı-Qazax yolunun 1 saatdan çoxdur bağlı olduğu, böyük tıxac yarandığı bildirilir.

Hadisə nəticəsində ölən sürücünün kimliyi bilinmir. Xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslərin isə 1986-cı il təvəllüdlü Müseyibov Mirsəməd Şakir oğlu və 1982-ci il təvəllüdlü Şirinov Teymur Şahbaz oğlu olduğu açıqlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
# 1689

Oxşar yazılar

İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı

İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı

2 may 2024 , 12:42
Bakıda balıqçı mağazasını POLİS BASDI:  129 bıçaq, 14 balta... - VİDEO

Bakıda balıqçı mağazasını POLİS BASDI: 129 bıçaq, 14 balta... - VİDEO

2 may 2024 , 12:03
Körpə yeməkdən sonra qusub öldü

Körpə yeməkdən sonra qusub öldü

2 may 2024 , 11:03
Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07