Özünü öldürmüş televiziya aparıcısı haqqında YENİ MƏLUMATLAR
11 oktyabr 2012 19:46 (UTC +04:00)

Özünü öldürmüş televiziya aparıcısı haqqında YENİ MƏLUMATLAR

Lent.az-ın məlumatına görə, Yevlax şəhəri sakini olan 1992-ci il təvəllüdlü Lətifov Lətif Şahin oğlunun bir həftə sonra, yəni oktyabrın 17-də 20 yaşı tamam olacaqmış.

Məlumata görə, bəstəboy, 1 metr 43 santimetr boyu olan L.Lətifov məhz boyuna görə hərbi xidmətə aparılmayıb. Həm də evin tək oğlu olan gənci valideynləri 18 yaşında evləndiriblər və bir neçə ay əvvəl onun övladı dünyaya gəlib. Ali təhsili olmayan Lətif qeyri-adi görünüşünə və geniş yumor bacarığına görə rayon televiziyasının diqqətini çəkib. 2 il bundan əvvəl Yevlaxda fəaliyyət göstərən “El” televiziyasında işləməyə başlayıb. Bundan sonra L.Lətifov Şəkidəki “Kanal S”-dən də təklif alıb və burada həftədə 1 dəfə yayımlanan “Lətiflə Lətifələr” verilişində aparıcı olub.

Qeyd edək ki, L.Lətifov oktyabrın 10-da Şəkidə verilişin çəkilişində olub və axşam saatlarında Yevlaxa qayıdıb. Onun meyiti Yevlaxdakı evində, hamam otağında tapılıb. İlkin müayinə nəticəsində L.Lətifovun meyiti üzərində, döş qəfəsi nahiyəsində 1 daxilə nüfuz edən, 2 daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti aşkarlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Nizam RZA
# 5627

Oxşar yazılar

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50