Kinoloji it iranlı avtobus sürücülərində heroin tapdı
0
0
İran İslam Respublikasının vətəndaşları Zahidi Qulamrza və Yəzdani Cəlal idarə etdikləri “Skania” markalı sərnişin avtobusu ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində avtobusa kinoloji it tətbiq etməklə gömrük baxışı keçirilib.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, baxış zamanı yük yerində ölçüsü 55x35 sm olan karton qutunun divarında - künc hissəsində, kartonun arasına xüsusi qaydada yerləşdirilmiş bir ədəd dördkünc formalı polietilen paketin içərisində çəkisi 45 qram olan narkotik vasitə - heroin aşkarlanıb.