Bakıda 37 yaşlı qadın yoxa çıxıb
10 oktyabr 2012 10:08 (UTC +04:00)

Bakıda 37 yaşlı qadın yoxa çıxıb

Bakı şəhərinin Xətai rayon sakini itkin düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Naximov küçəsi 73 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Arif Qasımov müraciət edərək bildirib ki, qızı, 1975-ci il təvəllüdlü Aygün Cəfərova naməlum şəraitdə itkin düşüb. 62 yaşlı kişi qeyd edib ki, qızı bir neçə gün əvvəl evi tərk edib və bir daha geri qayıtmayıb.

Polis 37 yaşlı A.Cəfərovanın tapılaraq evinə qaytarılması istiqamətində iş aparır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536

Oxşar yazılar