
Polis serjantını bıçaqlayan şəxs tutulub
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 5-nə keçən gecə saat 01.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində sərxoş vəziyyətdə olan naməlum şəxsin asayişi pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə göndərilən sahə müvəkkili, polis kapitanı Zaman Qasımovun və polis serjantı Aqşin Zülfüqarovun qarşısına qəflətən çıxan həmin şəxs bıçaqla Aqşin Zülfüqarova sinə və ayaq nahiyələrindən xəsarətlər yetirib, lakin çeviklik və sayıqlıq göstərən polis kapitanı tərəfindən tərksilah edilərək zərərsizləşdirilib.
İlkin araşdırmalarla həmin şəxsin Bərdə rayon sakini Fəxri Quliyev olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin araşdırmalarla həmin şəxsin Bərdə rayon sakini Fəxri Quliyev olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45