“Əlindəki bellə Ömərin başına vurmağa başlayıb, anası onu xilas edə bilməyib” – DƏHŞƏTLİ TƏFƏRRÜAT  - YENİLƏNİB
03 iyul 2020 17:04 (UTC +04:00)

“Əlindəki bellə Ömərin başına vurmağa başlayıb, anası onu xilas edə bilməyib” – DƏHŞƏTLİ TƏFƏRRÜAT - YENİLƏNİB

Kənd sakinlərindən aldığımız məlumata görə, qətli törətməkdə şübhəli bilinən Elmir Hüseynov dindar adam olub. Bir qədər əvvələdək qardaşıyla birgə qəssab işləyirmiş. Amma son vaxtlar səhhətində problemlər yaranıb. Buna görə də, qapalı həyat tərzi sürər, heç kimlə yola getmirmiş.

 

 

Hadisə baş verən gün kənddə bir nəfərlə dava edib. Həmin adamdan aralanandan sonra 2 yaşlı Ömər və onunla birgə olan anasıyla rastlaşıb. Qeyri-ixtiyari, əlindəki “lopatka” ilə Ömərin başına vurmağa başlayıb. Anası müqavimət göstərsə də, onu xilas edə bilməyib. Hadisə zamanı vurulan zərbələrdən anasının qolu da qırılıb.

 

11:19

 

Tərtərdə başına kürəklə vurulub öldürülən 2 yaşlı Ömər Ağazadənin qətli ilə bağlı bəzi detallar məlum olub. Hacıqərvənd kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən 32 yaşlı  Elmir Hüseynovla Ömərin atası yaxın qohumdurlar. Hadisə baş verən gün də onlar bir yerdə olublar. 

 

“Elmir sakit təbiətli bir gəncdir. Hansısa psixi pozuntusu da yoxdur. Özü də ailəlidir, uşaqları var. Bizim özümüzə də müəmmalıdır ki, o, niyə belə bir hadisə törətsin”.

 

Kənd sakinlərinin dediyinə görə, Elmirgil və Ağazadələr arasında indiyədək bu və ya digər səbəbdən heç bir düşmənçilik də olmayıb. 

Xatırladaq ki, iyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Ömər Ağazadə 3 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

09:36

 

İyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Ömər Ağazadə 3 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səbuhi Məmmədli, Mehman Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35212
avatar

Oxşar yazılar