Bakının Sabunçu rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.
Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.
Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib