“Pandemiya insanların qeyri-bərabər şəraitdə yaşadığını aşkara çıxardı” - Kuba Prezidenti
04 may 2020 17:50 (UTC +04:00)

“Pandemiya insanların qeyri-bərabər şəraitdə yaşadığını aşkara çıxardı” - Kuba Prezidenti

“COVID-19 böhranı təxirəsalınmaz addımların atılmasını tələb edir”.

APA-nın xəbərinə görə, bunu Kuba Prezidenti Migel Diaz-Kanel Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.

Birtərəfli təzyiq xarakterli addımlar kənara qoyulmalıdır. Çünki bu addımlar birgə səyləri zədələyir. Pandemiya qlobal problem olaraq qalır, sərhədlərə, iqtisadi inkişafa və ideologiyalara məhəl qoymur. Bu gözəgörünməz təhlükə dağıdıcı təsir göstərir”, - deyə Kuba Prezidenti bildirib.   

 

Migel Diaz-Kanelin sözlərinə görə, böhran neoliberal sistemin nə dərəcədə zəif olduğunu üzə çıxarıb: “Özəlləşdirmə nəticəsində əksər çoxluq laqeyd yanaşma ilə üzləşib. Bu pandemiya dünyamızın necə kövrək olduğunu ortaya qoyub. Pandemiya həm iqtisadiyyatlara, həm də cəmiyyətlərə davamlı təsir göstərib. Pandemiya insanların qeyri-bərabər şəraitdə yaşadığını aşkara çıxardı. Silahlara çəkilən xərclər insanlığa xidmət edən elm və səhiyyəyə xərclənməlidir”.

Kubanın dövlət başçısı Venesuelaya qarşı təhdidləri tənqid edib.

“Biz ötən ilin oktyabrında keçirilən sammitdə Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə çağırış etmişdik. Biz indi bir-birimizə qarşılıqlı şəkildə yardım etməliyik”, - deyə o vurğulayıb.

Migel Diaz-Kanel qeyd edib ki, Kuba ABŞ-ın təzyiqlərinə məruz qalsa da, ölkə daxilində pulsuz ictimai səhiyyə xidmətini saxlayır, Kuba həkimləri həm ölkə daxilində, həm də ölkə xaricində virusla mübarizəyə qoşulub.

Kuba Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin Səhiyyə nazirlərinin oxşar formatda iclasının keçirilməsini təklif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2040
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28