“Mitsubishi Pajero” piyadanı ağır yaraladı
11 sentyabr 2020 07:11 (UTC +04:00)

“Mitsubishi Pajero” piyadanı ağır yaraladı

0

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Yolüstü kəndində baş verib. 

“Mitsubishi Pajero” markalı avtomobil yolu keçən Şirvan sakini, 1964-cü təvəllüdlü Əbülfəz Akif oğlu Əhmədovu vurub.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1320

Oxşar yazılar