"Mercedes"in vurduğu velosipedçi öldü
25 iyun 2020 12:48 (UTC +04:00)

"Mercedes"in vurduğu velosipedçi öldü

İyunun 24-də saat 19 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Azad Zeynalovu vurub.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, nəticədə A.Zeynalov hadisə yerində ölüb.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1849
avatar

Mehman Nəbiyev

Oxşar yazılar