İyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirib və “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə çırpılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.