"Mercedes" 5 piyadanı vurdu: ikisi öldü - YENİLƏNİB
12 iyun 2020 17:46 (UTC +04:00)

"Mercedes" 5 piyadanı vurdu: ikisi öldü - YENİLƏNİB

0

Mingəçevirdə baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəzada xəsarət alan piyadalardan daha biri xəstəxanada ölüb. 

***

17:29

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercedes” markalı minik maşını “Hyundai” markalı avtomobillə toqquşub. İdarəetmədə çıxan “Mercedes” yol kənarındakı piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 4-ü xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4008

Oxşar yazılar