"Karantin rejimində yumşalmalar tədricən olacaq" - RƏSMİ
20 iyul 2020 17:53 (UTC +04:00)

"Karantin rejimində yumşalmalar tədricən olacaq" - RƏSMİ

“Bir çox hallarda Azərbaycanı başqa ölkələrlə müqayisə edirlər. Sosial şəbəkələrdə bir çox halda şərhlər reallıqdan çox uzaqdır”.
 
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
 
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bəzi insanlar koronavirusun olmadığını belə iddia edirlər: “Belələri reallıqdan çox uzaqdır. Eyni zamanda dünyanın bir çox ölkələrində karantin rejimi qalır. Hətta bir çox ölkələr ikinci dəfə karantinə gedir və Azərbaycan da bu sıradadır. Yaponiya və Honkonq kimi ölkələrdə də yenidən yoluxma artır. İsrail də çimərlikləri açmışdı, yoluxma artdığı üçün karantinə gedir”.
 
Ş. Mövsümov qeyd edib ki, açıq havada kafelərdə risklər azalır: “Bunların hamısı nəzərə alınacaq. Növbəti yumşalmalar avqustun 5-dən sonra baş verməlidir. Kafe, mağaza və restoranların açılması da tədricən olacaq, bu, qaçılmazdır. Biz bunu tədricən etməliyik ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik. İnşallah, bununla da peyvəndin tapılmasına qədər gedə bilərik. Bəli, yumşalmalara gedəcəyik, bu tədricən olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5416
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28