Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 9-da saat 15 radələrində rayonun Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.