Mayın 1-də Salyan rayonundakı Mənzil İstismar təmir-tikinti istehsalat Birliyinin anbarından 4 ədəd su qızdırıcısı oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salahov saxlanılıb.
Onun həmyerlisi V.Mirzəyevlə birgə binaların birindən 15 ədəd pəncərənin dəmir barmaqlığını, 1 ədəd dəmir qapını və otaqların döşəməsini sökərək oğurlamaları da müəyyən edilib.
V.Mirzəyev də saxlanılıb.