“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar CNN TÜRK-ə müsahibəsində deyib.
“Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda azad edilməsini istəyirik. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”, - deyə E. Tatar bildirib.
Baş Nazir Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.
O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır.